Attestat və diplomlarla bağlı yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Attestat və diplomlarla bağlı yeni xəbər

Sosial

13 Avqust 2026 17:43 187


2026-cı il məzunlarının diplom, attestat və digər elektron təhsil sənədləri “mygov” platformasına inteqrasiya edilib.

“Yeni Sabah” xəbər verir ki, yeni imkan vasitəsilə məzunlar təhsil müəssisələri tərəfindən elektron imza ilə təsdiqlənmiş sənədlərinə rəqəmsal formada baxa biləcəklər. Hazırda xidmət yalnız my.gov.az portalında aktivdir. Yaxın günlərdə elektron təhsil sənədlərinin “mygov” mobil tətbiqində də təqdim olunması nəzərdə tutulur.

Məzunlar sənədlərinə portalın “Təhsil” bölməsində yerləşən “Elektron təhsil sənədlərim” xidməti vasitəsilə baxa bilərlər. Burada şəxsin adına mövcud olan elektron təhsil sənədləri siyahı şəklində əks olunur. Pepperoni pizza

Sənədlərin həqiqiliyini yoxlamaq üçün üzərindəki QR kodu skan etmək və ya Elm və Təhsil Nazirliyinin “Sənəd Yoxlama” xidmətindən istifadə etmək mümkündür.

Qeyd edək ki, əvvəlki illərin məzunlarına aid diplom və digər təhsil sənədlərinin bir hissəsi də artıq “mygov” platformasına inteqrasiya olunub.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!