Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olundu   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olundu - RƏSMİ

İdman

20 Oktyabr 2026 17:58 97


Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin bugünkü iclasında Sergen Yalçının milli komandanın baş məşqçisi təyin olunmasına qərar verilib.

53 yaşlı mütəxəssis və onun məşqçilər heyəti ilə dördillik müqavilə imzalanacaq. Sezar pizza

Məşqçilik karyerasına "Beşiktaş"ın aşağı yaş qruplarında başlayan Sergen Yalçın sonradan "Qaziantepspor", "Sivasspor", "Kayserispor", "Eskişeherspor", "Konyaspor", "Alanyaspor", "Yeni Malatyaspor", "Beşiktaş" və "Antalyaspor"da çalışıb.

Mütəxəssis 2020/21 mövsümündə "Beşiktaş"la Türkiyə Superliqasının və ölkə kubokunun qalibi olub. Bununla da o, İstanbul klubunun tarixində həm futbolçu, həm də baş məşqçi kimi Superliqa çempionluğu qazanan ilk və yeganə şəxs olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!