TƏCİLİ! DTX onu xaricdə saxladı

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! DTX onu xaricdə saxladı

Kriminal

19 Oktyabr 2026 17:43 1263


Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.

Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurub. Artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar. Pepperoni pizza

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində "Mercedes", "Lada", "Hyundai", "Renault" markalı minik avtomobilləri yanaraq kül olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!