“Qarabağ“ və “Neftçi“ cərimələndi   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ və “Neftçi“ cərimələndi - SƏBƏB

İdman

20 Oktyabr 2026 17:33 104


AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.

"Yeni Sabah" xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının VIII turunda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb. Dördpendirli pizza

Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.

Xatırladaq ki, Azərbaycan derbisi 3:3 hesabı ilə bitib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!