21 oktyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yol təmirinə başlanılacaq. Bu səbəbdən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“Yeni Sabah” xəbər verir ki, məhdudiyyət Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəni əhatə edəcək.
Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur. pizza mizza
Aytac Əliyeva
Telegram kanalımız