Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək: Dominos pizza
"Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu
"Qara Qarayev" metrostansiyası – Bakı Olimpiya Stadionu
Qeyd olunub ki, oyun bitdikdən sonra isə Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Telegram kanalımız