Attestatsız direktor müavini:   “Rüşvət qarşılığında vəzifəyə təyin olunub”

saytların hazırlanması

Evə çatdırılma

Attestatsız direktor müavini: “Rüşvət qarşılığında vəzifəyə təyin olunub”

Sosial

29 Aprel 2022 09:46 331


“Attestatı olmayan şəxsin vəzifəyə təyin edilməsi qanunvericiliyə ziddir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Xatırladaq ki, bir neçə gün öncə 2004-cü ildən Bakının Binəqədi rayonu 3 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifovanın orta təhsilinin olmaması ilə bağlı məlumat yayılıb.  pizza sifarişi

Elçin Əfəndinin sözlərinə görə, bu vəzifəni tutan şəxsin ən azı peşə təhsili olmalıdır:

“Ümumtəhsil məktəblərində ali və orta təhsilin olması vacibdir. Orta təhsili yoxdursa, heç olmasa peşə təhsili olardı. Attestatı olmadan vəzifəyə təyin edilibsə, qanunvericilik pozulub. Ümumiyətlə, təhsil haqqında qanunvericiliyinə əsasən, vəzifəyə təyin olunan şəxsin həmin vəzifə üzrə ən azı 1 illik təcrübəsi olmalıdır. Əgər hər hansı vəzifə daşıyıcısı ixtisas sahibi deyilsə, deməli, kimsə özbaşına qərar verib”.

Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərində rüşvət qarşılığında vəzifə tutanlar az deyil:

“4447 orta ümumtəhsil müəssisəsinin hamısında problemlər var. Adamın sahəyə aiddiyyatı yoxdur, lakin həmin vəzifədə çalışır. Əgər təsərrüfat müdiridirsə, bütün məktəbin maddi, texniki təminat məsələlərinə cavabdehdir. Bu adamın savadı yoxdursa, təsərrüfatı necə idarə edir. Deməli, rüşvət qarşılığında vəzifəyə təyin olunub”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!