Avokadonun içini yedikdən sonra qabığını adətən zibilə atırıq. Amma bu hissə də evdə və bağda işə yaraya bilər.
“Yeni Sabah” xəbər verir ki, avokado qabığından kiçik bitkilər üçün qab hazırlamaqt düzəltmək mümkündür. Avokado qabığının təbii forması onu kiçik toxumların cücərdilməsi üçün əlverişli qaba çevirir. Bunun üçün əvvəlcə qabığın içində qalan avokado hissələrini tam təmizləmək lazımdır. Daha sonra artıq suyun çıxması üçün qabığın alt hissəsində kiçik dəlik açılır. Qabığın içərisinə torpaq doldurularaq pomidor, ətirli otlar və ya çiçək toxumları əkilə bilər.
Bitki böyüdükdən sonra qabığı çıxarmadan daha böyük dibçəyə və ya uyğun torpağa köçürmək mümkündür. Üzvi quruluşa malik qabıq zamanla parçalanacaq. pizza hut
Avokado qabığını üzvi tullantılardan hazırlanan təbii gübrəyə də əlavə etmək olar. Qabıq sərt və lifli olduğundan bütöv halda gec parçalanır. Buna görə onu əvvəlcə kiçik hissələrə doğramaq daha məqsədəuyğundur. Doğranmış qabıqlar digər uyğun üzvi mətbəx tullantıları ilə birlikdə gübrəyə əlavə edilə bilər.Avokado qabığını iri hissələr şəklində birbaşa dibçək torpağına tökmək məsləhət görülmür. Kiçik hissələrə ayrılan qabıq daha asan parçalanır. Hazırlanan gübrə isə daha sonra bağ və dibçək bitkilərinin torpağına əlavə edilə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız