Avropa İttifaqı Ukraynaya daha 5 milyard yardım edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Ukraynaya daha 5 milyard yardım edə bilər

Dünya

07 Sentyabr 2022 23:25 904


"Avropa Komissiyası Ukraynaya 5 milyard avro maliyyə yardımı göstərmək təklifini Aİ Şurasına təqdim edib".

Yenisabah.az xəbər verir ki, bu barədə sentyabrın 7-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib.

“Ukraynadakı vəziyyət bizim hərtərəfli dəstəyimizi tələb edir. Bu gün Avropa Komissiyası Ukraynaya ayrılmış 10 milyard avro maliyyə, humanitar və hərbi yardımdan əlavə, əlavə 5 milyard avro makromaliyyə yardımı göstərməyi təklif edib”, - deyə o, özünün “Twitter” səhifəsində yazıb. pizza sifarişi

Qeyd edək ki, iyun ayında Aİ ölkələri Ukraynaya güzəştli kreditlər şəklində əlavə 9 milyard avro əlavə iqtisadi yardım verməyə hazır olduqlarını bəyan ediblər. Hazırda ondan 1 milyard avro ayrılıb. Qalan tədbirlər hələ Aİ Şurası tərəfindən təsdiqlənməyib

Avropa Komissiyasının hazırkı təklifi Aİ Şurasının təsdiqini alarsa, həmin vədi qismən həyata keçirə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!