Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsi Serbiya hakimiyyətini təcili olaraq Aİ-nin Rusiya əleyhinə qərarlarına qoşulmağa çağıran qətnamə qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə press-relizdə deyilir.
50 lehinə, 5 əleyhinə və 3 bitərəf səs toplayan qətnamədə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Serbiyanın Aİ sanksiyalarına qoşulmamasından dərin təəssüf hissi ifadə edilir və yeni seçilmiş hakimiyyət orqanlarına çağırış edilir: Toyuqlu pizza
“Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi qərarlara təcili olaraq qoşulun”.
Bundan əlavə, qətnamədə vurğulanır ki, "Aİ üzvlüyünün Serbiyanın strateji hədəfi olaraq qalması faktını alqışlanır". Bununla yanaşı, deputatlar ölkənin Aİ-yə üzvlüyü üçün əsas olan məsələlərdə irəliləyişin olmamasından və hətta geriləmələrdən təəssüflənirlər.
Komitə Serbiyanı qanunun aliliyi, fundamental hüquqlar, ifadə azadlığı, media plüralizmi və Kosovo ilə münasibətlərin normallaşdırılması sahəsində irəliləyiş əldə etməyə çağırıb.
Qətnamə Avropa Şurasının iyulda keçiriləcək plenar sessiyasına təqdim olunacaq.
Telegram kanalımız