Avropadakı mövcud ekstremal istilik yalnız təbii hava proseslərinin deyil, həm də insanın yaratdığı iqlim dəyişikliyinin nəticəsidir.
"Yeni Sabah" xəbər verir ki, bu nəticəyə “World Weather Attribution” beynəlxalq şəbəkəsinin tədqiqatçıları gəliblər.
Hesabatda 1976-2026-cı illərdə Qərbi və Mərkəzi Avropa ölkələrində ən isti gün və gecələri təhlil edilib. Müəyyən olunub ki, bu gün orta qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən təxminən 1,4 C yüksəkdir. 2003-cü ildə aşma 0,8°C, 1976-cı ildə isə yalnız 0,3°C idi. pizza hut
Tədqiqatla tanış olan Danimarka Meteorologiya İnstitutunun iqlimşünası Martin Olesenin sözlərinə görə, iş yüksək elmi səviyyədə aparılıb və orta qlobal temperaturun artmasının ekstremal istilik dalğaları ehtimalını əhəmiyyətli dərəcədə artırdığını təsdiqləyir.
Olsen bildirib ki, hələ bir neçə onilliklər əvvəl bu cür hava hadisələri praktik olaraq qeyri-mümkün hesab olunurdu, lakin bu gün qeyri-mümkün mümkün oldu.
Araşdırmaya görə, Avropanın 1540-cı ildən bəri təxminən 70 min insanın həyatına son qoyan ən güclü istilik dalğasını yaşadığı 2003-cü ildə belə yüksək gecə temperaturları ehtimalı bu gün ilə müqayisədə 100 dəfə, gündüz temperaturu isə 10 dəfə aşağı idi. Bundan əlavə, mövcud istilik dalğası 1976-cı ildə baş versəydi, temperatur təxminən 3,5°C, 2003-cü ildə isə təxminən 2°C aşağı olardı.
Tədqiqatçılar qeyd edirlər ki, ekstremal istilik Avropa üzərində davamlı antisiklon, Saharadan isti hava axını və qlobal istiləşmənin birləşməsi nəticəsində yaranıb. Eyni zamanda, hesabatın müəllifləri hazırkı istinin “El-Nino” iqlim fenomeni ilə əlaqəli olmadığını vurğulayırlar.
Daha əvvəl “Nature Medicine” jurnalında dərc olunan elmi araşdırmaların məlumatına görə, 2022-ci ildə istilik dalğaları Avropada 61 mindən çox, 2023-cü ildə isə 47 mindən çox ölümə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, ekstremal temperatur hadisələri getdikcə daha tez-tez baş verəcək və insanların sağlamlığı üçün getdikcə daha çox təhlükə yaradacaq./Axar.az
Telegram kanalımız