Avropanın ən yaşlı kişisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Avropanın ən yaşlı kişisi vəfat etdi

Dünya

16 Sentyabr 2026 21:40 85


Avropanın ən yaşlı kişisi Vitantonio Lovallo 112 yaşında vəfat edib. O, İtaliyanın cənubunda, Avilyano kommunasının Sarnelli adlı kiçik kəndində yaşayırdı.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Lovallo 1914-cü ildə anadan olub və martın 25-də 112 yaşını qeyd edib. Gəncliyində çoban olub. İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə çağırılıb, 1943-cü ildə Yunanıstanda alman qoşunlarına əsir düşüb. Pepperoni pizza

Daha sonra Almaniyadakı konsentrasiya düşərgəsinə deportasiya olunub və 1945-ci ilin mayında oradan azad edilib. Müharibədən sonra Lovallo İtaliyanın Bazilikata vilayətinə qayıdıb. Onun üç övladı - iki qızı və bir oğlu var idi.

İndi Avropanın ən yaşlı kişisi 111 yaşlı portuqaliyalı Joakim Varelаdır. Eyni zamanda, qitədə ondan daha yaşlı 31 qadın yaşayır. Onların arasında rekordçu 117 yaşlı britaniyalı Etel Katerhem hesab olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!