Avroparlamentdən Ukraynaya daha bir güzəşt: Rüsumsuz rejim uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Avroparlamentdən Ukraynaya daha bir güzəşt: Rüsumsuz rejim uzadıldı

Dünya

10 May 2023 13:18 678


Avropa Parlamenti Avropa Komissiyasının Ukrayna mallarına sıfır idxal rüsumunun tətbiqinin daha bir il - 2024-cü il iyunun 5-dək uzadılması təklifini dəstəkləyib.

Yenisabah.az xəbər verir ki, müvafiq qətnamə Strasburqda, Avropa Parlamentinin plenar iclası çərçivəsində təsdiqlənib.

Bundan əvvəl, qətnaməni Daimi Nümayəndələr Komitəsinin (Coreper), daha sonra isə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin iclasında Aİ-yə üzv ölkələrin səfirləri dəstəkləyib. pizza mizza

Bu il Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan tumları idxal edən ölkələrə, konkret olaraq, həmin ölkələrin ən çox zərər çəkən fermerlərinə 100 milyon avroluq ikinci maliyyə dəstəyi paketi veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!