Avtobuslarda gediş haqqı artırılıb?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Avtobuslarda gediş haqqı artırılıb? - RƏSMİ AÇIQLAMA

Sosial

19 Oktyabr 2021 22:10 2076


Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının artırılacağı ilə bağlı məlumatlar yayılır.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Trend.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.

O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: “İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib”. Dominos pizza

Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərar verib. Qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!