Avtomobillər lilə batdı, yol bağlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillər lilə batdı, yol bağlandı - Fotolar

Hadisə

12 Avqust 2026 23:50 83


Axşam saatlarında yağan güclü yağış Şəkidə fəsadlar yaradıb, turistlər yolda çətinliklərlə üzləşiblər.

“Yeni Sabah” xəbər verir ki, bu gün axşam saatlarında yağan güclü yağış səbəbindən dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən avtomobil yoluna tökülüb.

Nəticədə yolda hərəkət məhdudlaşıb. Bir neçə avtomobil lilə batıb, lakin sakinlərin köməyi ilə ərazidən çıxarılıb. pizza sifarişi

Hazırda ərazidə ağır texnikanın köməyi ilə yolun lil və çınqıldan təmizlənməsi istiqamətində işlər aparılır.\Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!