Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Avtomobillərin texniki “görüm-baxım”ı
23 Noy 2021 15:34
1430

Avtomobillərin texniki “görüm-baxım”ı

Rusiya Dövlət Dumasında şəxsi nəqliyyat vasitələrinə icbari texniki baxışın ləğv edilməsi ilə bağlı müzakirələr başlayıb. Hakim “Vahid Rusiya” partiyasının hazırladığı layihəyə görə, istismar müddəti dörd ildən yuxarı olan avtomobillər və motosikllər yalnız qeydiyyatdan keçərkən, sahibini dəyişdirərkən və konstruksiyasını dəyişdirərkən texniki baxışdan keçməli olacaqlar. Dumanın əksər üzvləri bu dəyişikliyə tərəfdardır. 

Müzakirələr zamanı qeyd olunub ki, sovet dövründən qalan bu prosedur artıq çoxdan formallığa çevrilib. 30 milyon avtomobil sahibi hər il bu işə xeyli vaxt və pul itirir.

Texniki baxış problemi Azərbaycanda da aktual mövzulardan biridir. Bəzi ekspertlər hesab edirlər ki, əslində texniki baxış əlavə vəsait toplamaq, sürücülərə cərimələri ödətdirmək üçün saxlanan formal mexanizmdir. Müayinə mərkəzlərində baxış zamanı səsləndirilən iradlar çox vaxt aradan qaldırılmır, sürücülər əlavə pul ödəməyə məcbur edilir və s. Daha bir arqument ondan ibarətdir ki, avtomobil sahibi özü maşınını saz vəziyyətdə saxlamaqda maraqlıdır, məcburi texniki baxış artıq pul və vaxt itkisidir.  

Sürücü Rəvan Məmmədov (adı şərtidir-red.) bildirir ki, 50 manat cərimə olunduğunu öyrəndikdən sonra avtomobilinin texniki baxışdan keçirmək üçün müayinə mərkəzinə aparıb: “Sənədlərimi inspektora təqdim etdim, sonra maşını yoxlama qurğularının yerləşdiyi zala gətirdim. Məlum oldu ki, işıqlar düzgün deyil, əyləc sistemində problem var, mühərrikdə yanma düzgün getmir. Qeydləri yazıb göndərdilər, mən də təkrar sənədlərimi verdiyim otağa yaxınlaşdım. Mayor rütbəli əməkdaş müayinə qeydlərinə baxıb, “maşın pis gündədir, belə vəziyyətdə sürmək olmaz” dedi. Amma dərhal əlavə etdi ki, yoluna qoya bilər. Xülasə, 60 manat verdikdən sonra maşın texniki baxışdan “keçirildi”, otaqdan çıxanda mayor bərk-bərk tapşırdı ki, problemləri aradan qaldır, yoxsa, gələn dəfə texniki baxışdan keçə bilməyəcəksən…”  

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin doqquz ayı ərzində ölkəyə 60 min 578 minik avtomobili gətirilib. Bunun 8 min 779-u, yəni təxminən 15 faizi hibrid avtomobillərdir. 2021-ci ildə hibrid avtomobillərin idxalı Azərbaycana 54 milyon dollara başa gəlib.

İlin əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 1 milyon 264 min minik avtomobili qeydiyyata alınıb. Hər 100 maşından 79-nun istismar müddəti 10 ili aşıb. Bu göstərici illər ötdükcə daha da pisləşir. Məsələn, 7 il öncə – 2014-cü ildə 10 ildən artıq istismar müddəti olan avtomobillər ölkədəki avtomobil parkının cəmi 62 faizini təşkil edirdi.

Ölkədəki hər 100 minik avtomobilindən cəmi 4-ü yeni sayıla bilər. 

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, idxal edilən nəqliyyat vasitələrinin istehsal tarixi 7 ili aşarsa, həmin avtomobillər üçün aksiz dərəcəsi daha çox olacaq. Avtomobilin mühərriki benzinlə işlərsə, aksiz dərəcə 1.2 dəfə, dizel mühərrikli avtomobillərdə isə 1.5 dəfə yüksəldici əmsalla hesablanacaq. Bu baxımdan, hökumət daha yaşlı avtomobillərə daha çox vergi tətbiq etməklə, onların ölkəyə gətirilməsinə olan motivasiyanı azaltmaq istəyir.

Məsələn, istehsal tarixi 2012-ci il olan, benzinlə çalışan və mühərrikinin həcmi 2500 kubsantimetr olan avtomobilə indiyədək 3100 manat aksiz vergisi hesablanırdısa, dəyişiklikdən sonra bu məbləğ 1.2-ə vurulacaq və artıq 3720 manat ödənilməli olacaq. Avtomobil dizellə çalışarsa, bu məbləğə 1.5 dəfə yüksəldici əmsal tətbiq ediləcək və 4650 manat aksiz vergisi hesablanacaq. Bu göstəricilər o deməkdir ki, həmin avtomobillər üçün işlətdiyi yanacağa görə 620-1550 manat daha çox vergi ödənmiş olacaq.

Azərbaycanda olan 1 milyon 264 min minik avtomobilinin 1 milyon 147 mini (91 faizi) benzin, 107 mini (8 faizi) dizel mühərriki ilə çalışır. Ölkədə qazla işləyən cəmi 9684 minik avtomobili var.

“Yol hərəkəti haqqında” Qanununun 30-cu maddəsinin VI hissəsinə görə avtomobillər aşağıdakı müddətlərdə texniki baxış keçirilir:

İstehsal tarixindən 4 ilə qədər tələb olunmur;

Dörd ildən 10- ilə qədər iki ildə bir dəfə;

On il keçdikdə sonra ildə bir dəfə.

Bundan başqa avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçirilməldir.

Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi 339.1 -ci maddəsi – Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə – 50 manat məbləğində cərimə edilir. Əgər bu müddətdə maşın texniki baxışdan keçirlməsə, təkrar eyni məbləğdə cərimə yazılır. 

Texniki baxışdan keçmək üçün nəqliyyat vasitəsi aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:

1.    Dəm qazı (Avro 2);

2.    Şinlərin protektoru (1.6 mm);

3.    Avtomobilin konstruksiyasında nəzərdə tutulubsa, palçığa qarşı rezinlər;

4.    Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq);

5.    İşıqların saz vəziyyətdə olması;

6.    Təhlükəsizlik kəməri;

7.    İşlək əyləc sistemi;

8.    Yağ və ya yanacaq sızması;

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantası da olmalıdır. Tibb çantasının tərkibi müvafiq siyahıya uyğun olmalıdır. 

Ötən il nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti bahalaşdırılaraq, 20 manatdan 30 manata qaldırılıb. Motonəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün isə 10 manat dövlət rüsumu nəzərdə tutulub.

Avtosfer.az saytının baş redaktoru, yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Pressklub.az-a bildirib ki, texniki baxış heç bir ölkədə ləğv olunmur, sadəcə, müəyyən illərlə bağlı güzəştlər edilir. Onun sözlərinə görə, texniki baxış mahiyyəti üzrə tam icra olunursa, onu ləğv etməyə ehtiyac yoxdur. “Azərbaycanda sürücülərin 90 faizi məcburiyyət olmasa, avtomobilini texniki baxışa aparmır. Baxış zamanı avtomobilin əsas elementləri yoxlanır: işıq və əyləc sistemləri, sükan idarəetmə mexanizmi, zəhərli qazların miqdarı ölçülür. Maşının oğurluq olub-olmadığı üzə çıxır. Məsələn, son 5-6ayda aparılan texniki baxışlar zamanı 50-dən çox avtomobilin oğurluq olduğu üzə çıxıb. Texniki baxış olmasa, bunu necə üzə çıxarmaq olar?”-ekspert vurğulayıb.

E. Muradlının sözlərinə görə, bundan başqa, avtomobillərin üzərində illərlə ödənməyən cərimələr yığılıb qalır, sürücülər ancaq texniki baxış zamanı məcbur olub, onu ödəyirlər. “Bu, elə bir mexanizmdir ki, həm də sürücüləri qayda-qanuna riayət etməyə dəvət edir”, – o qeyd edib.

Ekspert əlavə edir ki, avtomobillərin texniki baxışdan keçirilməsi həm də ekoloji standartların qorunmasına xidmət edir:

“Hansı sürücü avtomobilində zəhərli qazların miqdarını ölçdürür, ona düzəliş edir? Yaxud işıqlarının düzgün olduğunu, əyləc sisteminin, yaxud sükan idarəetmə mexanizminin vəziyyətini yoxlayır? Ancaq son anda, maşın xarab olanda usta qapısını döyürük. Məncə, texniki baxış mahiyyəti üzrə aparıldıqda sürücülər üçün faydalıdır”.

E. Muradlı vurğulayır ki, sürücülərin dediyi kimi, neqativ hallar varsa, avtomobillər düzgün müayinə olunmursa, o zaman artıq bu xidmətə ehtiyac qalmır.

Nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli Pressklub.az-a bildirib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır: “Əvvəla, Azərbaycan avtomobil idxal edən ölkədir. Məlumdur ki, son illər Azərbaycana müxtəlif ölkələrdə işlənmiş, istismar müddəti azalmış, yaxud bitmiş maşınlar gətirilir. Əlbəttə, sürücülər avtomobillərinin texniki baxımdan saz vəziyyətdə olmasında maraqlı olmalıdırlar. Hesab edirəm ki, əksər sürücülər də maraqlıdırlar. Çünki hər hansı texniki nasazlıq qəza ilə nəticələnə bilər”. 

Ekspert əlavə edir ki, bəzi sürücülər texniki baxış zamanı avtomobildə üzə çıxan problemləri ardan qaldırmırlar: “Məsələn, havaya atılan zəhərli qazların əksəriyyəti avtomobildə “katalizator” mexanizminin sıradan çıxmasına görə yaranır. Amma əksər sürücülər onu dəyişməkdə maraqlı olmurlar. Texniki baxış zamanı bu nasazlığın aradan qaldırılması mütləq şəkildə tövsiyə olunur. Əks halda, davamlı cərimə tətbiq olunur. Bundan başqa, bəzi sürücülər avtomobillərinin konstruksiyasında müəyyən dəyişikliklər edirlər ki, bu da qəzalara səbəb olur”. 

İ. Hüseynlinin sözlərinə görə, avtomobillərdəki nasazlıqların hələ ölkəyə gətirilərkən aradan qaldırılması da tövsiyə olunmalıdır. Prosesin nə qədər şəffaf və səmərəli olduğuna gəlincə, İ.Hüseynli deyir ki, burada daha çox maliyyə əldə etmək prioritet təşkil edir: “Məsələn, vaxtında texniki baxışdan keçməyən sürücülərə külli miqdarda cərimə sanksiyaları qoyulur. Bu sahədə kifayət qədər neqativ hallar var. Bir çox hallarda avtomobilin sənədləri göndərilir, müəyyən məbləğ qarşısında yazılır və maşın texniki baxışdan keçmiş sayılır. Beləliklə, korrupsiya faktı texniki baxışın praktik əhəmiyyətini azaldır. İkincisi, müayinə məntəqələrinin sayı o qədər azdır ki, bütün avtomobillərin zamanında baxışdan keçməsi problem olur”.

Ekspert hesab edir ki, texniki baxış vacibdir, amma reallıqda səmərəli deyil, görüntü xatirinə həyata keçirilir: “Məsələn, ABŞ-da maşınlar olduqca mükəmməl şəkildə texniki baxışdan keçirilir. Mən o prosesin iştirakçısı olmuşam. Avropa ölkələrinin bəzilərində konkret istismar müddətləri nəzərdə tutulur və həmin müddətdə ciddi nasazlıqlar meydana çıxmır”. 

İqtisadçı Natiq Cəfərli isə Pressklub.az-a bildirib ki, bir çox ölkələrdə avtomobillərin texniki baxışı Azərbaycanda olduğu kimi dövlətin nəzarət etdiyi və sürücülərə qarşı cəza mexanizmi kimi istifadə edilən sahə deyil: “Əlbəttə, texniki baxış sürücülərə lazımdır ki, idarə etdikləri maşınlar saz vəziyyətdə olsun. Qəzaların qarşısının alınması üçün bunda özümüz maraqlı olmalıyıq. Amma belə bir sistem Azərbaycanda yoxdur. ABŞ-da, bir çox Avropa ölkələrində var, Gürcüstanda və Rusiyada isə məcburi texniki baxış qaydaları artıq dəyişdirilib”. 

Ekspert əlavə edir ki, bu məsələ sığortaya sisteminə bağlanmalıdır: “Yəni kim vaxtlı-vaxtında avtomobilini texniki baxışdan keçirirsə, daha az icbari sığorta pulu ödəyir. Kasko sığortada isə böyük bonuslar və endirimlər əldə edir. Azərbaycanda da belə bir yanaşma olmalıdır, texniki baxış icbari, cərimə mexanizmi olmaqdan çıxarılmalıdır. Çünki bu sistem formal xarakter daşıyır və korrupsiya mənbəyinə çevrilib”.     

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər

Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar url?sa=i&url=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar url?q=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar