Azad edilən ərazilərdə daha 92 mina tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azad edilən ərazilərdə daha 92 mina tapıldı

Sosial

20 İyun 2022 14:07 892


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. 

ANAMA-dan "Yeni Sabah"a verilən məlumata görə, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 557 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!