“Azad qadın“ın taleyi necə olacaq?   - BŞİH-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azad qadın“ın taleyi necə olacaq? - BŞİH-dən açıqlama

Sosial

14 İyun 2022 10:50 1074


Bakı Şəhər İcra Hakimiyyəti "Azad qadın" heykəliylə bağlı yaranmış ajiotaja münasibət bildirib. 

Qurumun Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumatda deyilir ki, “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur.

Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır. pizza hut

Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcəkdir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!