BMT-də yeni rəhbər seçiləcək:   Bakıdan diqqətçəkən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

BMT-də yeni rəhbər seçiləcək: Bakıdan diqqətçəkən açıqlama

Siyasət

27 Oktyabr 2026 11:37 90


Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini alqışlayır.

Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

XİN-in mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında bildirib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır. Marqarita pizza

O qeyd edib ki, Azərbaycan bu prosesin daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacağına ümid edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!