Milli Məclisin plenar iclasında miqrasiya siyasəti və xaricdə yaşayan soydaşlarımızla bağlı məsələlərdən danışan deputat Hikmət Babaoğlu mühüm məqamları diqqətə çatdırıb.
"Yeni Sabah" xəbər verir ki, deputat miqrasiya xaricdə yaşayan soydaşlarımızın gözündə qorxulu görünməməlidir, çünki bu məsələ hər hansı bir ölkənin miqrasiya qanunlarının ne dərəcədə sərt olması ilə bağlı göstərici sayılmır. Ölkəmizin miqrasiya siyasətinin xaricdəki soydaşlarımıza birbaşa təsir göstərdiyini vurğulayan H.Babaoğlu vətəndaşlıq məsələsində onlar üçün yenidən açık qapı siyasətinin tətbiq olunmasını müsbət tendensiya kimi qiymətləndirib.
Xaricdə yaşayan soydaşlarımızla yanaşı, ölkə daxilində də demoqrafik baxımdan mühüm proseslərin getdiyini qeyd edən parlamentari Azərbaycan vətəndaşlarının köçünün də nəzərə alınmalı olduğunu bildirib. O diqqətə çatdırıb ki, miqrasiya kontekstində soydaşlarımızın tarixi torpaqlarına qayıtması və doğma yurdlarına köç etməsi həm statistik göstərici, həm də tarixi əhəmiyyət daşıyan böyük bir prosesdir. Bu köç Azərbaycan xalqının tarixi, milli və mədəni yaddaşının qorunması ilə yanaşı, Qarabağda milli kimliyin, dilin və mədəniyyətin yenidən dirçəldilməsi üçün geniş imkanlar açır. Dördpendirli pizza
Hikmət Babaoğlu 44 günlük müharibə dövründə nümayiş etdirilən milli birliyi xatırladaraq mədəniyyətin yalnız mədəni deyil, həm də ədəbiyyat hadisəsi olduğunu söyləyib. Deputat vurğulayıb ki, hər hansı bir xalqın mentalitetini və dünyagörüşünü öyrənmək üçün ilk növbədə onun ədəbiyyatına nəzər salınmalıdır. O, Azərbaycan ədəbiyyatında milli kimliyi və mənəvi dəyərləri düzgün əks etdirən yazıçılardan biri kimi bu günlərdə anım günü qeyd olunan İlyas Əfəndiyevin irsini xüsusi qeyd edib.
Nazim Hacıyev
Telegram kanalımız