Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

saytların hazırlanması

Evə çatdırılma

Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

Siyasət

27 Oktyabr 2026 11:20 134


Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, bununla əlaqədar “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara müvafiq dəyişikliklər edilib.

Sənədə əsasən, “İcra haqqında” qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddə əlavə olunub. Yeni normativ maddə tələbin həm borclunun fiziki olaraq özündə aşkar edilən sənədli qiymətli kağızlarına, həm onun adına qeydə alınmış sənədsiz qiymətli kağızlara, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızlara yönəldilməsinin dəqiq hüquqi mexanizmini müəyyənləşdirir. pizza sifarişi

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğu olunması, onların üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı bütün prosedurlar “Elektron icra” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Layihədə, həmçinin “Qiymətli kağızlar bazarı haqqında” qanunda da müvafiq uyğunlaşdırmalar aparılıb.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!