“Ermənistan Azərbaycandan üzr istəməlidir“ -   Deputatdan SƏRT MESAJ

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Azərbaycandan üzr istəməlidir“ - Deputatdan SƏRT MESAJ

Siyasət

27 Oktyabr 2026 11:49 93


Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Mirzəzadə ölkədəki ekoloji məsələlər və işğaldan azad edilmiş ərazilərdə törədilmiş ekoloji terrorla bağlı mühüm məqamları diqqətə çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, deputat bildirib ki, mətbuatda və sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi və suyun təmizliyi ilə bağlı qaldırdıqları məsələlərə tez-tez rast gəlinir.

A.Mirzəzadə hökumətin bu müraciətlərə operativ reaksiya verdiyini vurğulayaraq, vətəndaşların bu istiqamətdə qaldırdıqları problemlərin dövlətə mövcud vəziyyəti ictimaiyyətə daha aydın çatdırmağa kömək etdiyini söynəyib. pizza sifarişi

44 günlük Vətən müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə geniş monitorinqlərin aparıldığını diqqətə çatdıran deputat Ermənistanın işğal dövründə təbii sərvətləri talan etdiyini, meşələri qırdığını və su hövzələrini çirkləndirdiyini rəsmən təsbit edildiyini bildirib. O qeyd edib ki, on minlərlə hektar ərazidə su mənbələrinin ağır metallarla və çirkli tullantılarla çirkləndirilməsi Azərbaycana qarşı məqsədyönlü ekoloji terrorun tərkib hissəsi olub. Torpaqlar azad edildikdən sonra meşələrin qırılması, suların çirkləndirilməsi və heyvanat aləminə vurulan ağır ziyan daha aydın görünüb, hazırda həmin ərazilərdə bərpa işləri aparılır və bu barədə cəmiyyətə mütəmadi məlumat verilir.

Aydın Mirzəzadə Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi fikirlərə də toxunaraq, bu bəyanatların Ermənistanın əməllərinə cavab və həmin ölkəyə ünvanlanan ciddi mesaj olduğunu vurğulayıb.

Deputat bildirib ki, Ermənistan törətdiyi dağıntılara və vurduğu ziyana görə Azərbaycan xalqından üzr istəməli, eyni zamanda beynəlxalq öhdəliklərinə mütləq əməl etməlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!