"Əmlakın özünküləşdirilməsi və alqı-satqı münasibətlərinin hüquqi tənzimlənməsinin sadələşdirilməsi məsələsidir. Layihənin 74-cü maddəsinin 4-cü bəndində aktivlərin sekuritizasiya şirkətinə satışı ilə bağlı tələblərin tənzimlənməsi nəzərdə tutulur. Bu baxımdan, mülkiyyət hüququnun keçməsi və alqı-satqı münasibətləri fərqli hüquqi institutlar olduğundan, onların tənzimlənməsində müvafiq müqavilə növünə dair tələblərin daha düzgün müəyyənləşdirilməsi məqsədəuyğundur".
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirib.
O əlavə edib ki, digər məsələ mülkiyyət hüququnun keçməsi ilə istiqrazların yerləşdirilməsinin nəticələri arasında mövcud olan ziddiyyətin aradan qaldırılması məsələsidir: pizza
"74-cü maddənin 6-cı bəndinə əsasən, aktivlər üzərində mülkiyyət hüququ alqı-satqı mexanizmi ilə deyil, sekuritizasiya planının təsdiq edildiyi tarixdən etibarən sekuritizasiya şirkətinə keçir. Lakin 74-cü maddənin 4-cü bəndində nəzərdə tutulur ki, sekuritizasiya məqsədilə buraxılan istiqrazların yerləşdirilməsi baş tutmadıqda, müvafiq müqavilə qüvvədən düşür və aktivlər əvvəlki sahibinə qaytarılır. Bu hal mülkiyyət hüququnun keçməsi baxımından hüquqi ziddiyyət yaradır. Buna görə də mülkiyyət hüququnun keçməsinin və aktivlərin geri qaytarılması mexanizminin müvafiq şərtlərlə əlaqələndirilməsi, eyni zamanda mülkiyyət hüququnun keçməsinin istiqrazların yerləşdirilməsinin nəticələrindən asılılığının aydın şəkildə müəyyən edilməsi vacibdir.
Növbəti məsələ 534.4-cü maddə ilə bağlıdır. Həmin maddədə aktivlərin satıcısının sekuritizasiya istiqrazlarının ən azı 20 faizini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində özündə saxlaması ilə bağlı tələb nəzərdə tutulur. Lakin layihədə bu qadağanın pozulduğu, yəni istiqrazların qanunsuz olaraq satışa çıxarıldığı hallarda tərəflərin hüquqi məsuliyyəti və onlara tətbiq ediləcək hüquqi nəticələr aydın şəkildə müəyyənləşdirilməyib. Bu baxımdan, həmin məsələnin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsini və nəzərdə tutulan tədbirlərin daha konkret şəkildə müəyyən edilməsini məqsədəuyğun hesab edirəm".
Nazim Hacıyev
Telegram kanalımız