Azərbaycan əhalisinə YENİ XƏBƏR - Yanvar ayının 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisinə YENİ XƏBƏR - Yanvar ayının 1-dən...

Sosial

08 Noyabr 2023 07:40 50957


“Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və Sosial Siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O qeyd edib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir. Nazir bunun bir mexanizm, instrument olduğunu bildirib.

Ehtiyac meyarının mahiyyəti nədən ibarətdir? Əgər ehtiyac meyarı ləğv olunarsa, bunun əhali üçün hansı müsbət və mənfi cəhətləri olacaq? Marqarita pizza

İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, ehtiyac meyarı anlayışından bu günə qədər ünvanlı sosial yardımın təyin olunmasında istifadə olunub.

“Vətəndaşın ehtiyac meyarı müəyyənləşirdi və onun rəsmi gəliri, bütün aktivlərdən ortaya çıxan gəlirləri ehtiyac meyarı ilə müqayisə olunurdu. Məsələn, beş nəfərlik ailəyə görə minimal orta aylıq gəlir tələbatı çıxarılırdı və bu da ehtiyac meyarı demək idi. Daha sonra isə ailənin gəlirlərinə baxılırdı. Azərbaycanın hazırkı ehtiyac meyarı 246 manatdır. Bu 246 manat ailə üzvlərinin sayına, yəni, beşə vurulurdu və nəticədə bu məbləğ 1230 manat olurdu. Bundan sonra ailənin həm rəsmi, həm də əlavə gəlirlərinə araşdırılıb toplanırdı. Tutalım ki, ailənin ümumi gəlirləri 1000 manat edir, qalan 230 manatı da hökumət onlara ödəyirdi. Çünki həmin beş nəfərlik ailənin yaşaya bilməsi üçün minimum 1230 manata ehtiyacı var”.

Ekspert qeyd edib ki, 2023-cü il yanvar ayının 1-dən yaşayış minimumu ilə ehtiyac meyarının eyniləşdirilərək 246 manat edilməsi ehtiyac meyarının qalmasına vacib etmir.

“Nəzərdə tutulan məbləğlər eyni olduğuna görə artıq sosial yardım hesablanarkən yaşayış minimumuna əsaslanılacaq. Yəqin ki, bununla bağlı qanunda da müəyyən düzəlişlər olunacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Evdə tək mən işləyirəm oda çayxanada 1 övladım aylıq gəlir mənbəyi 300manatdınecə ailə saxlayım baş barmağında yodu
    3 years ago
  • Aida Kerimova
    Ay nazirler kasib yasamir sürünür xadimeyem 300azn pulla nece dolanim usaqlarimin hansi derdine yetişim her günde geri gedirem sehhetim pslesir xesteyem 3 esger boyudurem
    3 years ago
  • Rüfət
    Görəsən qara qul,fəhlənin ehtiyac meyarın kim düşünəcək .Gələcəyin 2əsgərin böyüdürəm,ehtiyac meyarın kimdən tələb edim?
    3 years ago
  • Emin bey
    Mən inanmıramki sahil babayev camaatın xeyrinə bir qərar çıxara
    3 years ago
  • Heydərova Cəmalə
    Mən 3 dərəcəli əliləm 150.m pul alıram 2 ovladim var yoldaşım işlemir. Qohum qonşunun komeyliyiyle dolaniriq. Nə vaxta kimi biz kasıblar belə dolanariq?
    3 years ago
  • Pervane
    Vallah ayrılmışam 1 usagim var kirelerde qalıram aldigim ayliq 300m Men ne ile dolanim kiraye ev pulu yemek yosa usaga baxmaq bu nazirlər ele bilir biz kefdeyik xalqın qanini icirler.
    3 years ago
  • Telman Ramazanov
    Boş söhbətdir, real heçnə yoxdur!
    3 years ago
  • Natiqe
    Salam yoldaşım 437 manat aylıq alir 2 uşağımız var biri 4 biri 2 yaşında o 437 manatı bilmirik özümüzün rasxodunu ödüyək yoxsa uşaqların keçən il aldığım paltar bu il olmur necə edim sosiala sənəd vermişğm hələ baxışda gəlmiyib????????‍♀️
    3 years ago
  • Natiqe
    Semkir şeheri
    3 years ago
  • Gülcöhrə
    Menim 2 evladım var bir evladım xesdedi 18 yaşa kimi pensiya aıb 18 yaşdan sonra ala bilmirik.hec sosialda ala bilmirem.cox xaiş edirem kömeklik edesiz .evladımın adı quliyev yasin aydın oğlu.cox xaiş edirem Sahil Babayev bize kömeklik edin.elaqe nömrem 0507589487
    3 years ago
  • Könül
    Sahil babayeva çatdırınki besdi kasıbın haqqına girdi. Menim 4 evladım var yoldaşım men uşaqlar hamımız 1 otaqlı damda yaşayırıq qışın bu vaxdı çölde açıq havada çimirdik. Yoldaşımdan 495 manat maaş alır biz sosial yardım Düzelden bilmirik. Günde bir bahenedi bir qerar çıxır. Menim oqlannarım zülimnen böyüdürem. Vaxdı çatanda dövlet gelib deyecek ki gel esgerliye.biz kasıba neynemisizki bizde neyniye. Haqsızdı qa son qoyun.
    3 years ago
  • Vuqar Mammadov
    Sahil Babaya. gözəl bilir nə edir! Xalqın az təminatlı hissəsini heç zaman düşünmək istəməyən əbləh. ar olsun!
    3 years ago
  • Kübra
    Mumkun deil ayliq 600manat masla bilmirem hand probleme nece yetisim ne danisirsiz siz insanlarin hakkini verin vermesezde olar yeterki %leri bahalasmanin garsini alin artig bu millet bogaza byogikib besdirin(
    3 years ago
  • Cəbrayıl Telman Qaraşov
    Salam Cənab nazirlər.Uşaq oxutmaq geyindirmək yeməkdən heç danışmıram.Kommunal .Evi kasıb necə dola
    3 years ago
  • Tünzalə
    Sahil Babayevə çatdırın ki 120 manatla ailə başçısını itəlirənlərə pul ayırıb.onla uşaq oxutmaq olar? özü bu vəziyyətdə olsa necə edər , bunu nəzərə alsınn
    3 years ago
  • Elsever
    Vay kasıbın halına ol acdan
    3 years ago