“Azərbaycan kişiləri dünyada vəhşi kimi tanınır” – Sensasion açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan kişiləri dünyada vəhşi kimi tanınır” – Sensasion açıqlama 

Sosial

23 Aprel 2022 13:16 2243


“Heç kim istəyərəkdən qısqanmır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Xatırladaq ki, ötən gün polis əməkdaşı qısqanclıq zəminində nişanlısını qətlə yetirib, daha sonra özü də intihar edib. Bu kimi oxşar hadisələrin ardı-arası kəsilmir. Qadın qətillərin əskəriyyəti qısqanclıq zəminində olur.

Sosioloqun sözlərinə görə, qısqanclıq təbii bir hissdir: “Heç kim istəyərəkdən qısqanmır. Bu hiss təkcə insanlara aid deyil. Heyvanlara da aiddir. Biz bunu məişətdə də görürük. Qısqanclıq müxtəlif vaxtlarda ayrı-ayrı formada təzahür edir. Ümumiyyətlə insanın davranışı 4 mühüm amilin təsiri altındadır. Öz fərdi psixoloji xüsusiyyəti, mühit, aldığı informasiya və dəyərlər. pizza hut

Ə.Qəşəmoğlu qeyd edib ki, Azərbaycan kişiləri dünyada vəhşi kimi tanınır:

“İnsan anadan olanda qısqanclıq hissi çox ola bilər. Qısqanclıq əslinə qalsa, ailədən başlayır. Mühit elə ola bilər ki, qısqanclığı bloklasın. Elə də ola bilər ki, inkişaf etdirsin. Mühit mühüm təsir edir. Aldığı informasiyalarla da qısqanclığı inkişaf etdirə və ya zəiflədə bilər.

Biz bu gün cəmiyyətimizdə bu sahədə lazımi işləri görmürük. Bir tərəfdən deyirik qadın azad olsun. Bu haqda danışırıq. O biri tərəfdən sanki kişilər yaddan çıxıb. Diqqəti daha çox qadınlara yönəltmişik. Azərbaycan kişiləri dünyada vəhşi kimi tanınır. Qadınını döyən, öldürən biri kimi qəbul edilir. Bu da cəmiyyətimizdə işlərin birtərəfli olduğunu göstərir”.

Əhməd Qəşəmoğlu fikrincə, qadınlara yalançı demokratiya aşılayırlar: “Qısanclıq uşaq yaşından başlayır. 3-4 yaşından oğlana deyirik ki, qarşıdakı qızın saçını dart, qolunu sıx, öp. Hökmranlığı öyrədirik. Qızlara da deyirik ki, ehtiyatlı ol. Ona görə də qızlar oğlanlardan hürkürlər. Belə olmamalıdır.

Belə məsələlərə diqqət etmirik. Qızlara azadlıq öyrədirik, oğlanları da hökmranlıq. Çalışaq əxlaqi, mənəvi dəyərlərimizə uyğun daha ahəngdar cəmiyyət yaradaq”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!