Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir. Toyuqlu pizza
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.
Telegram kanalımız