Azərbaycan və Türkiyə generalları görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Türkiyə generalları görüşdü

Sosial

12 Aprel 2022 16:11 720


Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Müdafiə Nazirliyindən (MN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub. Marqarita pizza

Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!