Azərbaycan Vəkillər Kollegiyası CCBE təşkilatına üzv oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Vəkillər Kollegiyası CCBE təşkilatına üzv oldu

Sosial

13 May 2022 17:13 126


Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Kollegiyanın sədri Anar Bağırov məlumat yayıb.

Sosial şəbəkə paylaşımında A. Bağırov bildirib ki, CCBE Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır. Pepperoni pizza

“4 illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunmuşdur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!