Azərbaycan vətəndaşı İranda itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşı İranda itkin düşdü

Sosial

09 Mart 2023 12:07 587


Almaniyada yaşayan Azərbaycan vətəndaşı Səfərli Fərid Qabil oğlunun İranda itkin düşüb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bu barədə anası Əskərova Dilarə məlumat yayıb.

O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb. Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb. "5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur", - deyə D.Əskərova qeyd edib. Dominos pizza

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!