Azərbaycan XİN Çinə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Çinə başsağlığı verdi

Siyasət

19 Dekabr 2023 15:42 467


Azərbaycan XİN Çində dağıdıcı zəlzələ nəticəsində qeydə alınan insan itkisi ilə bağlı Pekinə başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, başsağlığı mətni qurumun sosial şəbəkə hesabında paylaşılıb.

Başsağlığında bildirilib: "Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik".

Qeyd edək ki, dekabrın 18-də Çində 6, 2 maqnitudalıq zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!