Azərbaycan XİN Pakistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Siyasət

20 Sentyabr 2026 17:28 124


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub.

"Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis binası kompleksini hədəf alan terror hücumunu qətiyyətlə pisləyirik. Dominos pizza

Pakistan hökumətinə və qardaş Pakistan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 18-də Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində 31 nəfər ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!