Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir

Siyasət

13 Noyabr 2026 18:36 47


Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bir sıra məhsullar üçün idxal gömrük rüsumunun dərəcələri 2030-cu ilin sonuna qədər dəyişdirilir. Elektronika məhsulları

Belə ki, ölkəyə idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15 %, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15 %-i), siqar, siqaret və siqarillalar üçün 15 %, lakin 1 000 ədədinə 3 ABŞ dollarından az olmamaqla (hazırda 1 000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və yaxud üzlənmiş tekstil parçalar üçün 15 % (hazırda 0 və ya 5 %) təyin olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!