Türkiyəli reperlər Lvbel C5 və Alizade ilə bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub.
“Yeni Sabah” xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladığı “Kahpe” adlı mahnının sözləri və klipindəki zorakılıq səhnələridir.
Prokurorluq vətəndaş şikayətlərindən sonra məsələ ilə bağlı araşdırma başlayıb. Lvbel C5, Alizade və Can Akdoğan barəsində “cinayət törətməyə açıq şəkildə təhrik etmə” ittihamı ilə 5 ilədək həbs cəzası istənilir. Məhkəmə ittiham aktını qəbul edib. Online shopping Azərbaycan
Lvbel C5 ifadəsində mahnı sözlərinin xəyali olduğunu və cinayət törətmək niyyəti daşımadığını bildirib. Bəstəkar Can Akdoğan isə sözlərin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını deyib.
Alizadenin Türkiyədən kənarda olması və ölkəyə girişinə 5 illik qadağa qoyulması səbəbindən ifadəsi alınmayıb. O, vəkili vasitəsilə yazılı müdafiəsini təqdim edib.
Bir müddət əvvəl Lvbel C5 barəsində ölkədən çıxış qadağası, polisə imza vermə və türk ədəbiyyatı üzrə təhsil almaq kimi məhkəmə nəzarəti tədbirləri tətbiq edilmişdi.
Aydan Hacı
Telegram kanalımız