Telman Allahverdiyev Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Telman Allahverdiyev Azərbaycana gətirildi

Kriminal

13 Noyabr 2026 18:02 67


Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli və «Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Allahverdiyev Telman Musa oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. Bakıda online alış-veriş

Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Telman Allahverdiyevin xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

Telman Allahverdiyev Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!