Bakıda və bölgələrdə hava KƏSKİN DƏYİŞİR:   Narıncı xəbərdarlıq verildi!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və bölgələrdə hava KƏSKİN DƏYİŞİR: Narıncı xəbərdarlıq verildi!

Sosial

13 Noyabr 2026 17:00 113


Azərbaycanda güclü külək gözlənilir. Bir sıra şəhər və rayonlarda küləyin sürəti saniyədə 28 metrədək güclənəcək.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.

Belə ki, Bakı və Abşeron yarımadasında, Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Qobustanda narıncı xəbərdarlıq verilib. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı gözlənilir. İnternetdən sifariş

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq qüvvədə olacaq.

Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!