Azərbaycana 16,5 milyard manat yatırıldı –   Pul ən çox hara getdi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 16,5 milyard manat yatırıldı – Pul ən çox hara getdi?

İqtisadiyyat

13 Noyabr 2026 17:03 44


2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 16,5 milyard manatı ötüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə rəsmi statistik məlumatda bildirilir.

Qeyd olunan dövrdə əsas kapitala 16 milyard 519,8 milyon manat məbləğində investisiya yatırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur. Bakıda online alış-veriş

Hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 28,7 faiz artaraq 5 milyard 482,1 milyon manat, qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi isə 2,3 faiz artaraq 11 milyard 37,7 milyon manat təşkil edib.

İnvestisiyaların sahələr üzrə bölgüsünə gəlincə, məhsul istehsalı sahələrinə 9 milyard 137 milyon manat vəsait yönəldilib. Bu, illik müqayisədə real ifadədə 20 faiz artım deməkdir.

Xidmət sahələrinə yatırılan investisiyalar 1,3 faiz artaraq 5 milyard manata çatıb. Yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi isə əksinə, 4,8 faiz azalaraq 2 milyard 382,8 milyon manat olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!