Deputat iclasda 2 teatrın bina problemini qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Deputat iclasda 2 teatrın bina problemini qaldırdı

Mədəniyyət

12 Noyabr 2026 12:54 52


Milli Məclisdə Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının binalarının yoxluğu məsələsi qaldırılıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu deputat Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, problem həmin teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir: İnternet mağaza

"Problem həllini tapmalıdır. Büdcə müzakirəsini nəzərə alaraq, mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılmasına da yenidən baxmaq vacibdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!