Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Almaniyaya “meyvə şirəsi və enerji içkisi” adı ilə aparılan yükə “Şahtaxtı” gömrük postunda nəzarət həyata keçiriblər.
“Yeni Sabah” xəbər verir ki, Stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı bəzi qutuların xüsusi işarələndiyi, 11 qutudakı 84 ədəd plastik butulkada isə qırmızı rəngli, kəskin iyli şübhəli maye olduğu müəyyən edilib; Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, həmin butulkalardakı maddənin maye halında xalis çəkisi 29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda metamfetamin psixotrop maddəsi olduğu aşkar olunub və faktla bağlı araşdırma aparılır.
Cəlalə Cəlalqızı İnternet mağaza
Telegram kanalımız