Trampın İlham Əliyevə dəvətinin   MARAQLI SƏBƏBLƏRİ – “Vaşinqton anlayır ki...”

saytların hazırlanması

Evə çatdırılma

Trampın İlham Əliyevə dəvətinin MARAQLI SƏBƏBLƏRİ – “Vaşinqton anlayır ki...”

Siyasət

02 Noyabr 2026 18:07 361


“Böyük iyirmilər”in (G20) 21-ci Zirvə toplantısı cari ilin 14-15 dekabrında ABŞ-də keçiriləcək. Musavat.com-un məlumatına görə, dövlət və hökumət başçılarının budəfəki toplantısı Florida şatatının Doral şəhərində, ABŞ Prezidenti Donald Trampa məxsus “Trump National Doral Miami” kompleksində baş tutacaq.

G20 masası”nın Cənubi Qafqaz siyasəti

Bu barədə hələ əvvəlki dövrdə Mayami meri Frensis Suares Oval kabinetdə açıqlama vermiş, daha sonra isə Doral meri Kristi Fraqa bunu təsdiqləmişdi. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. Hesab olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin G20 sammitinə dünyanın fövqəldövlətinin Prezidenti Tramp tərəfindən dəvət olunmasının Azərbaycana və onun liderinə ən yüksək münasibət, Azərbaycanın dünyanın güclü dövlətləri sırasında görüldüyünün daha bir təsdiqidir. pizza hut

Deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında dəvəti önəmli hadisə kimi qiymətləndirib: “Bu dəvət ilk növbədə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial və çoxvektorlu xarici siyasətin növbəti mühüm diplomatik nəticəsi kimi qiymətləndirmək lazımdır. Burada söhbət sadəcə bir beynəlxalq tədbirə dəvətdən getmir. G20 dünyanın aparıcı iqtisadi güclərini, qlobal siyasi qərarların formalaşmasında mühüm rol oynayan dövlətləri bir araya gətirən ən nüfuzlu platformalardan biridir. Belə bir platformaya ABŞ Prezidentinin şəxsi dəvəti ilə qatılmaq Azərbaycan dövlətinə və onun liderinə göstərilən xüsusi siyasi etimadın ifadəsidir”.

E.Mirzəbəylinin sözlərinə görə, bu dəvətin mühüm tərəflərindən biri də ondan ibarətdir ki, Azərbaycan G20-nin üzvü olmadığı halda, onun Prezidenti dünyanın aparıcı dövlətlərinin liderləri ilə eyni beynəlxalq siyasi müzakirə platformasında iştirak etmək imkanı əldə edir: “Bu, Azərbaycanın beynəlxalq proseslərdə regional və qlobal gündəliyin formalaşmasına töhfə verən aktor kimi qəbul olunduğunu göstərir. Hesab edirəm ki, bu hadisəni Prezident İlham Əliyevin son illərdə formalaşdırdığı yeni geosiyasi reallıqlardan ayrı qiymətləndirmək olmaz. Azərbaycan artıq Cənubi Qafqazda hadisələrin inkişafını gözləyən deyil, regional proseslərə istiqamət verən, beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu münasibətlər quran və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. Xüsusilə Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin inkişafında strateji mövqeyi, Orta Dəhliz üzərində artan əhəmiyyəti, eləcə də regionda sülh və əməkdaşlıq gündəliyinin təşviqindəki fəaliyyəti ölkəmizi böyük güclər üçün əhəmiyyətli tərəfdaşa çevirib”.

Milli Məclisin üzvü xüsusilə qeyd edib ki, bu kontekstdə ABŞ-nin Azərbaycanla münasibətlərə strateji əhəmiyyət verməsi tamamilə təbiidir: “Vaşinqton anlayır ki, Cənubi Qafqazda dayanıqlı sülhün, nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyinin və regional iqtisadi inteqrasiyanın təmin olunmasında Azərbaycanın iştirakı və razılığı xüsusi əhəmiyyət daşıyır”.

Deputatın fikrincə, digər mühüm məqam Azərbaycanın beynəlxalq münasibətlərdə öz siyasi iradəsini qoruyub saxlamasıdır: “Bakı heç vaxt öz xarici siyasətini hansısa güc mərkəzinin diktəsi əsasında qurmayıb. Azərbaycan bütün tərəfdaşları ilə qarşılıqlı hörmət, suverenliyə müdaxilənin yolverilməzliyi və milli maraqların qorunması prinsipləri əsasında münasibətlər qurur. Məhz bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir”.

E.Mirzəbəyli prezidentin G20 Zirvəsinə dəvət olunmasını həm də Azərbaycanın yeni geosiyasi orta güc statusunun beynəlxalq səviyyədə qəbul edilməsinin mühüm siyasi göstəricilərindən biri hesab etdiyini bildirib: “Prezidentin Mayamidə iştirakı ölkəmizin mövqeyini qlobal miqyasda bir daha nümayiş etdirmək, yeni iqtisadi və siyasi tərəfdaşlıqlar qurmaq, Azərbaycanın strateji imkanlarını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından əhəmiyyətli platforma olacaq. Ən əsası isə bu hadisə bir daha göstərir ki, Azərbaycan artıq regional çərçivələrə sığmayan, beynəlxalq qərarların müzakirəsində iştirakı arzuolunan və strateji maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən dövlətdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!