Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır. Sezar pizza
Qeyd edək ki, bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.
Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur.
Telegram kanalımız