Yalnız İrəvan və Bakı, yeni zaminlər olmayacaq - Ovannisyan

saytların hazırlanması

Evə çatdırılma

Yalnız İrəvan və Bakı, yeni zaminlər olmayacaq - Ovannisyan

Dünya

02 Noyabr 2026 17:05 91


Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqlarında üçüncü tərəf yoxdur və hər iki ölkə arasında yaranan məsələlər birbaşa İrəvanla Bakı arasında həll edilməlidir.

"Yeni Sabah" newsam-a istinadla xəbər verir ki, bunu Vətəndaş Müqaviləsi Partiyasından olan parlament üzvü Artur Ovannisyan bildirib.

"Sülh müqaviləsinə gəldikdə, yeni zəmanətçilər olmayacaq. Bu zəmanətləri özümüz verməliyik və onlar ikitərəfli olmalıdır", - deyə o qeyd edib. pizza sifarişi

Millət vəkili qeyd edib ki, tərəflər zəmanətlərin verilməsinə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

Ovannisyanın sözlərinə görə, proses zamanı tərəflər öz şərhlərini və təkliflərini təqdim ediblər, sonra bəziləri dəyişdirilib, xaric edilib və ya yenidən işlənib: 

"Biz öz şərhlərimizi və təkliflərimizi təqdim etdik, Azərbaycan isə öz şərhlərini təqdim edib. Bu mübadilələr zamanı Azərbaycanın təkliflərinin dəyişdirildiyi və ya xaric edildiyi hallar olub. Ermənistanın təkliflərinin dəyişdirildiyi, xaric edildiyi və ya yenidən işlənib hazırlandığı hallar olub. Başa düşürük ki, danışıqların gedişatı məhz bunu nəzərdə tutur".

Vətəndaş Müqaviləsi təmsilçisi tərəflərin danışıqları davam etdirəcəyinə və nəticədə 2031-ci ilə qədər sülh müqaviləsi imzalayacağına əminliyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!