Bomba təhdidinə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə yönləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Bomba təhdidinə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə yönləndirildi

Dünya

02 Noyabr 2026 17:57 89


London–Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhdidi səbəbindən Macarıstanın paytaxtı Budapeştə yönləndirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi “Facebook” hesabında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarəni müşayiət etmək məqsədilə Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi havaya qaldırılıb. Sərnişin təyyarəsi daha sonra Budapeşt hava limanına eniş edib. pizza hut

“Wizz Air” aviaşirkətindən 24.hu xəbər portalına bildiriblər ki, hazırda təyyarədə və sərnişinlər arasında təhlükəsizlik məqsədilə yoxlama aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!