Azərbaycanda 11 yaşlı qızı maşın vurdu

Azərbaycanda 11 yaşlı qızı maşın vurdu
Sent 11, 2019 22:10
Oxunma sayı: 58

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.

Qax sakini 25 yaşlı Yunis Şəkiliyev sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən 11 yaşlı Ləman Mirzəyevanı vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı araşdırma aparılır.

Yenisabah.az