Azərbaycanda 12 nəfər koronavirusa yoluxdu:   Ölən yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 12 nəfər koronavirusa yoluxdu: Ölən yoxdur

Sosial

20 May 2022 16:45 866


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 52 nəfərdir. pizza hut

Son sutka ərzində ölkə üzrə 2 228, hazırkı dövrədək isə 6 867 409 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!