Azərbaycanda 13 yaşlı oğlan dəm qazından öldü
28 Noy 2020 10:48
208

Azərbaycanda 13 yaşlı oğlan dəm qazından öldü

Noyabrın 27-i axşam saat 22 radələrində Zaqatalanın Qazangül qəsəbə sakini, 2007-ci il təvəllüdlü Akif Eldar oğlu Xasiyev kamatoz vəziyyətdə rayon xəstəxanaya daxil olub.

Yenisabah.az xəbər verir ki, müayinə zamanı 13 yaşlı A.Xasiyevin yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.

Həkimlərin səyinə baxmayaraq A.Xasiyev xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər