Azərbaycanda 13 yaşlı uşaq narkotikdən öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 13 yaşlı uşaq narkotikdən öldü

Sosial

31 Mart 2024 12:13 419


Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.

2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.

İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra ölüb. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır. (Report)

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!