Azərbaycanda 2 minə yaxın daun sindromlu əlil var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 2 minə yaxın daun sindromlu əlil var

Sosial

21 Mart 2024 12:15 554


Hazırda Azərbaycanda 1800-ə yaxın daun sindromlu əlilliyi olan şəxs var.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir. Toyuqlu pizza

Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir. göstərilir.

Mərkəzlərdə daun sindromlu əlilliyi olan şəxslər stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərlə təmin olunurlar.

Daun sindromlu əlilliyi olan şəxslər Agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilir. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Məlumat üçün bildirək ki, 21 mart Dünya Daun Sindromu Günüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!