Azərbaycanda 40 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 40 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Sosial

02 Mart 2023 20:27 750


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Sabah”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 327 nəfər müalicə olunaraq sağalıb, 10 122 nəfər vəfat edib, aktiv xəstə sayı 179 nəfərdir. Dominos pizza

Ölkədə son sutka ərzində 2 292, hazırkı dövrədək isə 7 529 191 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!