Sumqayıtda 49 yaşlı kişi binanın damından yıxılıb öldü
08 Noy 2019 18:49
198

Sumqayıtda 49 yaşlı kişi binanın damından yıxılıb öldü

Sumqayıtda ölüm hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Məlikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Məlikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib. 

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Oxşar xəbərlər