Azərbaycanda 90 yaşlı professor vəfat etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 90 yaşlı professor vəfat etdi - Foto

Sosial

17 Avqust 2021 10:15 927


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.

Zahid Məmmədov universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı. Toyuqlu pizza

Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Zahid Məmmədova Azərbaycan Respublikasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 2 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!